BAKI, 29 avqust. TELEQRAF
Kiyevdə bir sutka ərzində altıncı dəfə hava həyəcanı elan edilib.
Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, paytaxtla yanaşı Ukraynanın daha 8 vilayətində də hava hücumu təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq rejimi qüvvədədir.
Sakinlərə sığınacaqlara keçmək və təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunub.