BAKI, 29 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə endirdiyi son zərbələr nəticəsində 7 mülki şəxs yaralanıb.

Teleqraf bu barədə "TASS"a istinadla xəbər verir.

***

17:10

Belqorodda "FPV" dronları mülki avtomobilləri hədəf alıb və azyaşlı qardaşlar yaralanıb.

Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Belqorod vilayətinin operativ qərargahı son sutka ərzində baş verən kütləvi PUA və artilleriya hücumları nəticəsində 5 dinc sakinin xəsarət aldığını elan edib.

Digər bir rayonda isə "FPV" tipli kamikadze dronunun hərəkətdə olan mülki avtomobili vurması nəticəsində bir kişinin ayaq barmaqları travmatik amputasiya olunub.

Mərmi düşməsi nəticəsində Novaya Nelidovka kəndində şəxsi qaraj və içindəki maşın tamamilə yanaraq kül olub, həmçinin 11 fərdi yaşayış evinin dam örtüyü və pəncərələri dağılıb.