BAKI, 29 avqust. TELEQRAF
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa ölkənin ABŞ-dəki yeni səfiri olmaqdan rəsmi şəkildə imtina edib.
Teleqraf "RBC-Ukrayna" agentliyinə istinadla xəbər verir ki, Pavel Palisa qərarını qanunvericilik və şəxsi prinsipləri ilə əsaslandırıb:
"Qanuna görə, mən eyni vaxtda həm hərbi, həm də diplomatik xidmətdə ola bilmərəm. Belə bir məqamda hərbi xidmətdən ayrılmaq isə mənim mənəvi və həyati prinsiplərimə tamamilə ziddir".
Qeyd edək ki, Olqa Stefanişinanın istefasından sonra Ukraynanın Vaşinqtondakı səfiri postu hələ də vakant olaraq qalır. Ukrayna rəhbərliyi bura namizəd tapmaqda ciddi çətinlik çəkir.