BAKI, 29 avqust. TELEQRAF

İstanbulun Zeytinburnu rayonunda iki tramvayın toqquşması nəticəsində azı 11 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 20:15 radələrində T1 tramvay xəttinin Pazartekke və Topkapı dayanacaqları arasında baş verib. İki tramvay üzbəüz toqquşub.

Qəza nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya çatdırılıb.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.