BAKI, 28 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis müavini təyin olunub.
Teleqraf xəbər verir ki, fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə mayor Kənan Yolçuyev təyinat alıb.
Kənan Yolçuyev bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətində Yanğın Növbəsinin rəisi vəzifəsində işləyib.