BAKI, 29 avqust. TELEQRAF
Prezident Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Hyustonda Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların təltifetmə mərasimində çıxış edərkən kosmik məkanın tədqiqi üçün ixtisaslı hərbi qulluqçular, mühəndislər, mülki operatorlar və digər mütəxəssislər nəslini öyrətmək və hazırlamaq lazım gəldiyini deyib. O, yeni milli akademiyanın yaradılması prosesinə start verilməsi barədə fərman imzalayacağanı bildirib.
Daha sonra ABŞ Prezidenti müvafiq fərmanı imzalayıb.