BAKI, 29 avqust. TELEQRAF

Kiyev vilayətində təkrar partlayışlarla müşayiət olunan güclü yanğının sursat anbarında baş verdiyi məlum olub.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski açıqlayıb.

Məlumata görə, avqustun 28-də Kiyev vilayətinin Buça rayonunda, Jitomir şosesi yaxınlığında güclü yanğın və ardıcıl partlayışlar qeydə alınıb.

Baş nazir hadisəni şərh edərkən baş verənlərə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edib.

“Təəssüf ki, artıq indidən demək olar ki, Vişnevıda baş verən dəhşətli faciə dərs olmayıb. Eyni səhvlərin təkrarlanması cinayətkar səhlənkarlıqdır. Bütün günahkarlar istisnasız olaraq sərt şəkildə cəzalandırılmalıdır ki, belə hallar bir daha təkrarlanmasın”, - Koretski bildirib.

O, hüquq-mühafizə orqanlarından hadisə ilə bağlı dərhal və sərt reaksiya gözlədiyini vurğulayıb.

Qeyd edək ki, iyulun 6-da da Kiyev vilayətinin Vişnevı şəhərində yerləşən sursat anbarında partlayış baş vermişdi. Həmin hadisə zamanı sursatların detonasiyası iki gün davam etmişdi.