BAKI, 28 avqust. TELEQRAF

ABŞ Venesuela ilə uzunmüddətli enerji sazişini artıq sentyabr ayında elan etməyə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti yazıb.

Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio və ABŞ energetika katibi Kris Rayt gələn ayın əvvəlində razılaşmanı elan etmək üçün Venesuelaya səfər etməyi planlaşdırırlar.

Bildirilib ki, razılığın əldə olunması yolunda maneələr var. Buna Venesuelada təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsi ideyasına qarşı güclü müqavimət də daxildir.

Qeyd edək ki, sözügedən saziş ABŞ-yə ölkənin neft ehtiyatlarının təxminən üçdə birinə, yəni 90 milyard barelə çıxış imkanı verə bilər.