BAKI, 6 avqust. TELEQRAF
Türkiyənin Milli Təhlükəsizlik Şurası Qara dənizdə Türkiyənin ticarət gəmilərinə artan hücumlar fonunda gərginliyin azaldılmasının vacibliyini bildirib.
Teleqraf xəbər verir ki, Təhlükəsizlik Şurasının Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Departamenti tərəfindən yayılan bəyanatında deyilir:
"MTŞ-nin iclasında regionda gərginliyin azaldılması və sülhün bərqərar olması üçün konkret addımların atılmasının zəruriliyi bildirilib".
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi əvvəllər Ukrayna Silahlı Qüvvələrinin 3 avqustda Novorossiysk yaxınlığında "Nadejda" və "Yasar" quru yük gəmilərinə zərbələrindən sonra Qara dənizdə münaqişənin gərginləşməsi ilə bağlı ciddi narahatlığını bildirmişdi.
Nazirliyin bəyanatında qeyd olunur ki, gərginliyin azaldılması üçün qabaqlayıcı tədbirlər görülməməsi, o cümlədən ərzaq təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olacaq.