BAKI, 6 avqust. TELEQRAF
Serbiya Prezidenti Aleksandr Vuçiç Volodimir Zelenskini 8 avqustda Belqradda qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya liderinin mətbuat xidməti məlumat yayıb.
"Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç avqustun 8-də Serbiyaya rəsmi səfər edəcək Volodimir Zelenskini qəbul edəcək", - deyə açıqlamada bildirilir.