BAKI, 23 iyul. TELEQRAF
Yaxın Şərq getdikcə daha da şiddətlənən münaqişəyə cəlb olunur və regiondakı vəziyyət nəzarətdən çıxır.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının münaqişələrin sülh yolu ilə həllinə dair açıq müzakirəsi zamanı bəyan edib.
"Vəziyyət nəzarətdən çıxır və təsəvvür olunmaz vəziyyətin astanasındadır.Region genişlənən qarşıdurma dövriyyəsinə sürüklənir. Bir böhran digərini körükləyir, bir gərginlik növbətisini tətikləyir", – deyə o, bildirib.
Qlobal təşkilatın rəhbəri qeyd edib ki, münaqişənin hərbi həlli yoxdur və geri çəkilməyin zamanı çatıb.