BAKI, 23 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hücumu nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə o, "Axios"a bildirib.

Donald Tramp belə bir qərarın nəticələri olacağını bildirib və hələlik tam qərar vermədiyini vurğulayıb.

“Mən böyük bir hücumu düşünürəm. Əvvəlkindən daha böyük. Qərar verməyə yaxınam. Hamımız buna hazırıq", - deyə o bildirib.

ABŞ Prezidenti İsraildən xahiş edəcəyi təqdirdə müharibəyə qoşulacağını desə də, əlavə edib ki, İrana qarşı yeni bir əməliyyat başlatmaq üçün heç kimə ehtiyacı yoxdur.