BAKI, 23 iyul. TELEQRAF
ABŞ Ukrayna münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra bildirib.
"ABŞ və Prezidentimiz Donald Tramp açıq şəkildə bildiriblər ki, biz Ukraynadakı münaqişəyə son qoyulmasında konstruktiv rol oynamaq istəyirik və bunu bacarırıq", - o deyib.