BAKI, 23 iyul. TELEQRAF
Macarıstanın paytaxtı Budapeştdə naməlum şəxs ölkənin Baş naziri Peter Madyara tüpürüb.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Qərb dəmiryol vağzalında siyasətçi platforma ilə hərəkət edərkən baş verib. Bildirilir ki, ərazidə olan şəxs hökumət nümayəndələrinin arxasına keçərək baş nazirə tüpürüb.
“Peter Madyara tüpürüblər. Baş nazir həmin şəxsə qarşı ittiham irəli sürməyəcək”, - hökumətin açıqlamasında qeyd olunub.
Hadisəni törədən şəxsin kimliyi barədə məlumat verilməyib.