BAKI, 23 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin bu ilin sentyabrında hökumətin fəaliyyətinin növbəti dəfə müvəqqəti dayandırılması (şatdaun) ilə üzləşə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə çıxışı zamanı danışıb.
"Sentyabrda hökumətin fəaliyyəti dayandırılacaq", - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, ABŞ-də "şatdaun" Konqresin federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini vaxtında qəbul etmədiyi hallarda baş verir. Bu zaman bir sıra dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılır, bəzi dövlət qulluqçuları isə məcburi məzuniyyətə göndərilir.
Xatırladaq ki, bu il yanvarın 28-də dərc olunan hesablamalara əsasən, ABŞ hökumətinin fəaliyyətinin dayandırıldığı hər həftə ölkə iqtisadiyyatına təxminən 2 milyard dollar ziyan vurur.