BAKI, 23 iyul. TELEQRAF
İran Silahlı Qüvvələri Hörmüz boğazının bağlı qalmasına baxmayaraq, bəzi gəmilərin əvvəlcədən razılaşdırılmış marşrutlar üzrə hərəkətinə icazə verilə biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, boğaz əvvəlki xəbərdarlığa uyğun olaraq hələ də bütün gəmilər üçün bağlı hesab edilir.
"Əgər hər hansı gəmiyə Hörmüz boğazından keçməyə icazə verilərsə, bu yalnız müəyyən edilmiş marşrut üzrə və əvvəllər elan olunmuş qaydalara uyğun şəkildə mümkün olacaq", - məlumatda vurğulanıb.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi gəmiçilik şirkətlərinə müraciət edərək, akvatoriyada minaların olması səbəbindən Hörmüz boğazının cənub marşrutlarından istifadənin təhlükəli olduğunu bildirmişdi.