BAKI, 23 iyul. TELEQRAF
Belarusda əmək intizamını pozan işçilər hərbi-tərbiyə toplanışlarına göndəriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoy bildirib.
Onun sözlərinə görə, rayon rəhbərliyi, hərbi komissarlıq və kənd təsərrüfatı müəssisələri intizam pozan əməkdaşların siyahısını hazırlayacaq və onlar 2–3 aylıq müddətə Müdafiə Nazirliyinin sərəncamına veriləcəklər.
D.Krutoy qeyd edib ki, toplanış iştirakçıları hərbi hazırlıqla yanaşı, təsərrüfat işlərinə və fiziki hazırlıq məşğələlərinə də cəlb olunacaqlar.