BAKI, 23 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran yaxın vaxtlarda Vaşinqtonla razılaşma imzalamağa hazır olacaq.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Corciya ştatının Marietta şəhərində çıxışı zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, Tehran əslində razılaşma əldə etmək istəyir, lakin hələlik buna tam hazır deyil.
"Onlar hər dəfə razılaşma əldə etdikdə, şərtləri dəyişmək istəyirlər. Hazır deyillər, amma çox yaxın zamanda hazır olacaqlar", - Tramp bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.