BAKI, 23 iyul. TELEQRAF

İranın bir neçə şəhərində partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışlar Bəndər-Mahşəhr limanı ətrafında və Sirik şəhərində qeydə alınıb.

Eyni zamanda, Fars agentliyi ABŞ Silahlı Qüvvələrinin Ramşir və Buşəhr şəhərlərinə zərbələr endirdiyini bildirib.

Hadisələrin nəticələri, mümkün dağıntılar və tələfat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.