BAKI, 20 iyul. TELEQRAF
ABŞ-nin "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin növbəti sınaq uçuşunun iyulun 23-nə planlaşdırıldığını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Məlumata görə, "Starship"in 13-cü sınaq uçuşu iyulun 23-də həyata keçiriləcək.
Qeyd edək ki, sınaq uçuşu əvvəlcə iyulun 16-na planlaşdırılmışdı. Lakin mühərriklərdə yaranan texniki problem səbəbindən buraxılış son anda təxirə salınmışdı.