BAKI, 20 iyul. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada ABŞ-a məxsus hərbi təyyarələrə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

Məlumata görə, SEPAH İordaniyanın Əqəbə hava limanında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi-nəqliyyat təyyarəsini və P-8 patrul təyyarəsini ballistik raketlərlə hədəfə aldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Küveytin hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyi, həmçinin Bəhreyndə hava həyəcanı siqnallarının işə düşdüyü barədə məlumat yayılmışdı.

Hələlik ABŞ tərəfi SEPAH-ın iddialarını rəsmi şəkildə təsdiqləməyib.