BAKI, 20 iyul. TELEQRAF

Macarıstanın Baş naziri Peter Macar ölkənin yeni prezidenti vəzifəsinə dünya şöhrətli şahmatçı Yudit Polqarın namizədliyini irəli sürəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, hökumət başçısı bu barədə "Facebook" hesabında paylaşım edib.

"Prezidentin vəzifəsi xalqa xidmət etmək və ölkəni layiqincə təmsil etməkdir. Bu gün nüfuzlu macar ictimai xadimlərinin prezident postuna tövsiyə etdiyi Yudit Polqar məhz belə insandır. Sabah onunla görüşəcək və bu vəzifəyə hazır olub-olmadığını soruşacağam", - deyə Peter Macar bildirib.

Qeyd edək ki, bundan əvvəl Macarıstan parlamenti Konstitusiyaya 17-ci dəyişikliyi qəbul edərək Prezident Tamaş Şuyoku vəzifəsindən uzaqlaşdırıb.

Bununla yanaşı, müxalifətdəki "Fides - Macarıstan Vətəndaş İttifaqı" parlament fraksiyasının lideri Gerqey Quyaş hökumətin siyasətinə etiraz əlaməti olaraq istefa verib.