BAKI, 14 iyul. TELEQRAF
İyulun 18-də saat 11:00-da Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində “Açıq qapı” günü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticəli abituriyentlərə və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri və kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.
Maraqlananlar əlavə məlumat üçün universitetin çağrı mərkəzinə (*0811) və yaxud elektron-poçt ünvanına ([email protected]) iş günlərini nəzərə almaqla saat 09:00-dan 17:30-dək müraciət eləyə bilərlər.
İştirak üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:
https://forms.gle/8rJKMazSHyq121wP8