BAKI, 28 iyun. TELEQRAF

Türkiyədə 4 maqnitudada zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:56-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələ 11.33 kilometr dərinlikdə yerləşib.