BAKI, 28 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində dövlətə məxsus "Saudi Aramco" neft şirkətinə aid helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 14 nəfərin hamısı həlak olub. Ölənlərin hamısının Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilib.
Energetika Nazirliyinin məlumatına əsasən, qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün səlahiyyətli qurumlar araşdırmalara başlayıblar.
Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco"nun neft emalı kompleksi, həmçinin dünyanın ən böyük dəniz neft ixrac terminallarından biri yerləşir.