BAKI, 28 iyun. TELEQRAF

İran İraqla münasibətlərin inkişafını xarici siyasətinin əsas prioritetlərindən biri hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, xarici işlər nazirinin rəhbərlik etdiyi siyasi nümayəndə heyətinin Bağdada rəsmi səfəri çərçivəsində İraq Prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşəcəklərini qeyd edib.

İikki ölkə arasındakı tarixi bağlara diqqət çəkən İ.Bəqayi rəsmi Tehranın mövqeyini açıqlayıb: "Bizi dərin mədəni və sivil əlaqələrin bağladığı İraqla münasibətlərin inkişafı hər zaman Tehranın prioritetlərinin önündə qalacaq" — deyə İ.Bəqayi bildirib.