BAKI, 28 iyun. TELEQRAF

Küveyt Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanına daxil olan iki ballistik raketi zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin bəyanatında bildirilib.

Məlumatda raketlərin təsdiq edilmiş əməliyyat prosedurlarına uyğun olaraq vurulduğu qeyd olunub. Hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb.

Küveyt Xarici İşlər Nazirliyi hadisəni kəskin şəkildə pisləyib: "İranın Küveyt dövlətinə qarşı suverenliyin açıq şəkildə pozulması ilə nəticələnən bu mənfur təcavüzünün təkrarlanmasını ən sərt şəkildə pisləyirik" - deyə nazirliyin bəyanatında bildirilib.