BAKI, 28 iyun. TELEQRAF
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi İraqın yüksək rütbəli rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün Bağdada rəsmi səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, XİN başçısı özünün sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, səfər çərçivəsində İraq rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Nazirin sözlərinə görə, səfərin əsas mövzularından biri də İranın ali rəhbəri Əli Xameneinin müqəddəs ziyarətgahlarda keçiriləcək dəfn mərasimi ilə bağlı İraqın aidiyyəti qurumları ilə zəruri hazırlıq və təşkilati məsələlərin razılaşdırılmasıdır.