BAKI, 9 iyun. TELEQRAF

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində patriarx Kirillin Aİ-nin "qara siyahı"sına salınmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Euronews" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

"Rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kirill Avropa Komissiyasının son sanksiya təklifinə daxil edilən şəxslər arasındadır", - deyə telekanal bildirib.