BAKI, 9 iyun. TELEQRAF

İranın cənubunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 113 kilometr şimal-şərqdə yerləşib. Şəhərin liman akvatoriyası Hörmüz boğazının şimal hissəsində yerləşir.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılar barədə hələlik məlumat verilməyib.