BAKI, 8 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki Şahzadə Sultan hava bazasına zərbə endirilməsi barədə məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, Əl-Maliki nazirliyin saytında X-də dərc olunmuş açıqlamada bildirib: "Şahzadə Sultanın Əl-Xərcdəki hava bazasına hücumla bağlı məlumat doğru deyil".
O, 8 iyun səhəri Əl-Xərcdə hava hücumu sirenlərinin "Yəməndən atılan ballistik raketin atılmasından sonra ehtiyat tədbiri" olaraq işə salındığını və bu raketin krallıq sərhədi yaxınlığında radarlardan itdiyini açıqlayıb. Müdafiə Nazirliyinin sözçüsünün sözlərinə görə, hazırda hadisənin bütün təfərrüatını müəyyən etmək üçün araşdırma aparılır.