BAKI, 25 may. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyi Kolumbiya dairəsi üzrə federal məhkəməyə təqdim etdiyi vəsatətdə mayın 23-də Ağ Evin yaxınlığında baş verən atışmanı ABŞ prezidenti Donald Trampa sui-qəsd adlandırıb.

Teleqraf xəbər verir ki, sənəd məhkəmənin elektron məlumat bazasına daxil edilib.

Sənəddə hadisə bir ayda prezidentə ikinci sui-qəsd cəhdi adlandırılıb. Rəsmi məlumatlara görə, mayın 23-də axşam saatlarında silahlanmış şəxs Ağ Evin yaxınlığında atəş açıb. ABŞ Məxfi Xidmətinin əməkdaşları cavab atəşi açaraq onu zərərsizləşdiriblər. Hadisəni törədən xəstəxanada dünyasını dəyişib. Atışma zamanı ətrafdakılardan biri yaralanıb".

Ağ Evdən təxminən 150 metr aralıda atəş açan şəxsin psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyi irəli sürülür.