BAKI, 25 may. TELEQRAF

Ukrayna “Avropa İttifaqının assosiativ üzvü” statusu almaq istəyirsə sülhə doğru addımlar atmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fiko bildirib:

"Əgər Ukraynaya belə status (Aİ-nin assosiativ üzvü ) veriləcəksə, bunun müqabilində biz Ukraynadan nəsə gözləməliyik".

Bununla belə, o, Serbiya, Albaniya və Monteneqronun Kiyevdən əvvəl icmaya qəbul edilməli olduğunu bildirib. Onun bəyanatının videoyazısı "İstiqamət – Sosial Demokratiya" partiyasının "Facebook" səhifəsində dərc olunub:

"Heç bir şərt olmadan Ukraynanın Aİ üzvlüyünə qəbuluna icazə verilməməlidir. Bu Qərbi Balkanların sakinləri üçün mənfi siqnal ola bilər".