BAKI, 25 may. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Belqoroda raket hücumları nəticəsində infrastruktura ziyan vurub, 35 mindən çox sakin işıqsız və susuz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Şuvayev açıqlama verib.
"Bugünkü kütləvi raket hücumları nəticəsində bir sıra mühüm sosial infrastruktur obyektlərinə ziyan dəyib, 35 mindən çox sakin işıqsız və susuz qalıb".
Şuvaev qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumlarının nəticələrini aradan qaldırmaq üçün təcili yardım ekipajları gün ərzində işləyir. Su və elektrik enerjisinin verilişinin bərpasının dəqiq müddəti zədələnmiş şəbəkələrin hərtərəfli diaqnostikasından sonra müəyyən ediləcək.