BAKI, 25 may. TELEQRAF

Çin və Serbiya Tayvan və Kosovo məsələsində qarşılıqlı dəstək haqqında razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Çin və Serbiya Respublikasının birgə bəyanatında deyilir.

Pekində Çin Prezidenti Si Cinpin və Serbiya Prezidenti Aleksandr Vuçiç arasında keçirilən görüşdən sonra dərc edilən sənəddə vurğulanır ki, Serbiya tərəfi vahid Çin prinsipinə qətiyyətlə riayət edir.

İstənilən formada Tayvan separatizminə qəti şəkildə qarşı çıxır və Çinin milli birləşmə cəhdlərini dəstəkləyir. Belqrad Honq Konq, Tibet, Sincan və insan haqları ilə bağlı məsələlərdə Çin tərəfinin mövqeyini güclü şəkildə dəstəkləyir.