BAKI, 17 may. TELEQRAF

Livanın cənub və cənub-şərq bölgələrinə İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində son sutka ərzində azı 37 nəfər həlak olub, 222 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin “X” sosial şəbəkəsində dərc etdiyi məlumatda bildirilib ki, martın 2-dən başlayan hərbi eskalasiya dövründə ölkədə ölənlərin ümumi sayı 2 988 nəfərə, yaralananların sayı isə 9 210 nəfərə çatıb.

Qeyd olunub ki, zərbələr əsasən Livanın cənub və cənub-şərq rayonlarına endirilib.