BAKI, 5 may. TELEQRAF
ABŞ Dövlət Departamenti Ukraynaya Birgə Birbaşa Hücum Bombaları (JDAM) və əlaqəli avadanlıqların satışı üçün 373,6 milyon dollarlıq müqaviləni təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda bildirilib .
Sənədə əsasən, Kiyev KMU-572 konfiqurasiyasında 1200 və KMU-556 konfiqurasiyasında 332 JDAM, eləcə də əlaqəli avadanlıq və sənədlərin əldə edilməsi imkanını istəyib. Potensial müqavilənin ümumi dəyəri 373,6 milyon dollardır. Baş podratçı kimi "Boeing" şirkəti çıxış edəcək.
Bəyanatda razılaşmanın ABŞ-nin milli maraqlarına uyğun olduğu və regionda güc balansını dəyişdirməyəcəyi iddia edilir. Dövlət Departamenti silah satışının Amerika silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcəyinə inanır.