BAKI, 5 may. TELEQRAF
Amerika Birləşmiş Ştatları vasitəçi kimi təkcə Pakistanı deyil, bir neçə üçüncü ölkədən istifadə edərək İranla əlaqə qurmaq səylərini artırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
" Amerika danışıqlar qrupunun bəzi üzvləri özlərini yalnız Pakistanla məhdudlaşdırmayıblar və bir neçə gün əvvəl digər ölkələr vasitəsilə Tehranla dialoqu intensivləşdirməyə cəhd göstəriblər. İranın isə ABŞ-yə qarşı dərin etimadsızlığı davam edir" - məlumatda qeyd olunur.