BAKI, 28 aprel. TELEQRAF
Moskvada 9 May Qələbə paradı ənənəvi qaydada təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hərbi texnikanın keçidi ilə müşayiət olunan ənənəvi paradın keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandırarkən deyib.
"Sözsüz ki, parad baş tutacaq. Paradın keçirilmə formatı barədə sizi vaxtında məlumatlandıracağıq", - o bildirib.