BAKI, 22 aprel. TELEQRAF
Ukrayna dörd minaaxtara gəmi ilə Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün Britaniya və Fransanın rəhbərlik etdiyi Avropa missiyasına qoşula bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Qəzet mənbəyə istinadən bildirib ki, Ukrayna lazım olan hər şeyi təmin etməyə hazırdır. Bizim dörd minaaxtaran gəmimiz var və hamısı Portsmutdadır (Böyük Britaniya - red). Onlar Ukraynaya gedə bilməzlər, birincisi, hədəfə çevriləcəkləri üçün, ikincisi isə Montrö Konvensiyası (hərbi gəmilərinin boğazdan keçidinin məhdudlaşdırılması - red) səbəbindən".
Qeyd olunur ki, Ukrayna əvvəllər Qara dənizdə mina təmizləmə üçün Britaniyadan dörd minaaxtaran gəmidən ikisini alıb.
Daha əvvəl, Böyük Britaniyanın Baş naziri Keir Starmer 49 ölkənin iştirak etdiyi sammitdən sonra Birləşmiş Krallıq və Fransanın Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün çoxmillətli missiyaya rəhbərlik edəcəyini açıqlamışdı. Daha sonra baş nazir missiya ilə bağlı əlavə məlumatların Londonda keçiriləcək müdafiə planlaşdırma konfransından sonra açıqlanacağına söz vermişdi.