BAKI, 21 aprel. TELEQRAF
Sankt-Peterburq şəhərindən havaya qalxan təyyarə məcburi enişdən sonra İstanbul hava limanına çatıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, təyyarə uçuş zamanı sərnişinlərdən birinin - tanınmış dirijor Sergey Stadler vəfat etməsi səbəbindən Buxarest şəhərinə təcili eniş edib.
Bildirilir ki, təyyarə Rumıniya paytaxtında təxminən üç saat qaldıqdan sonra uçuşunu davam etdirərək İstanbula eniş edib.
Qeyd edək ki, Sergey Stadler Rusiyanın xalq artisti, “Peterburq-konsert”in bədii rəhbəri və Simfonik orkestrin baş dirijoru idi.