BAKI, 20 aprel. TELEQRAF

ABŞ aprelin 23-də İsrail və Livan arasında danışıqların ikinci raunduna ev sahibliyi edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

"Amerika Birləşmiş Ştatları aprelin 14-də başlayan məhsuldar əməkdaşlığı alqışlayır. Biz iki hökumət arasında birbaşa, xoşməramlı müzakirələri davam etdirəcəyik”, - deyə açıqlamada qeyd olunur.