BAKI, 20 aprel. TELEQRAF

Rusiya təhlükəsizlik qüvvələri aprelin 19-da Tel-Əvivdən Moskvanın Domodedovo hava limanına gələn ən azı 40 İsrail vətəndaşını saxlayıb.

Teleqraf xəbər verir ki, saxlanılanlar arasında ikili İsrail və Rusiya vətəndaşları, eləcə də Rusiya pasportu olmayan israillilər olub.

Saxlanılan İsrail vətəndaşlarının bəzilərinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyi müəyyən olunub.

Saxlanılan İsrail vətəndaşları təxminən 5 saat sonra sərbəst buraxılıblar. Ehtimal edilir ki, onlar "xəbərdarlıqlar" sənədini imzalayıblar və "qanunun pozulmasının yolverilməzliyi" barədə məlumatlandırılıblar.