BAKI, 20 aprel. TELEQRAF
Küveyt Hörmüz boğazının blokadası üzündən Fars körfəzində gəmiləri təchiz edə bilmədiyi üçün fors-major vəziyyət elan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Müştərilər qarşısında öhdəliklərini yerinə yetirmək qeyri-mümkündür. Xam neft və neft məhsullarının daşınması dayandırıllb. Yaranan şərait müştərilərə müqavilələrdə təchizatçıya tədarükdən imtinaya imkan verən maddənin tətbiqini qaçılmaz edir. Bu addım təchizatın tamamilə dayandırılması demək deyil" - məlumatda qeyd olunur.