BAKI, 20 aprel. TELEQRAF
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Səfir "Moskvanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri" ilə XİN-ə çağırılıb.
Nazirlik bildirib ki, bu cür hərəkətlər Ukraynaya dəstəyi sarsıtmaq və ölkənin birliyini sınamaq cəhdidir.
Almaniya Xarici İşlər Nazirliyi Berlinin təhdidlərə imkan verməyəcəyini vurğulayaraq, casusluq fəaliyyətini tamamilə qəbuledilməz adlandırıb.
Xatırladaq ki, Naçayev 2025-ci ilin dekabrında da "Bundestaq seçkiləri zamanı kiberhücumlar və dezinformasiya ilə əlaqədar" XİN-ə çağırılmışdı.