BAKI, 20 aprel. TELEQRAF

İranın Pakistandakı danışıqlarda iştirak etməmək qərarı dəyişməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"ABŞVitse-prezident JD Vensin Pakistanda keçiriləcək danışıqlarda iştirak edəcəyi ilə bağlı xəbərlər İranın qərarına təsir etməyib. Hörmüz boğazında davam edən dəniz blokadası və ABŞ-nin həddindən artıq tələbləri danışıqların növbəti mərhələsinə mane olur" - məlumatda qeyd olunur.