BAKI, 20 aprel. TELEQRAF

Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Berlin Avropanın təhlükəsizliyini təmin etmək üçün daha çox iş görməlidir.

Teleqraf xəbər verir ki, o, Hannover Ticarət Sərgisinə səfəri zamanı deyib: "Ölçümüzü, iqtisadi gücümüzü və geostrateji rolumuzu nəzərə alsaq, Almaniya indiyə qədər etdiyindən daha çox şey etməyə borcludur və təbii ki, təkcə öz təhlükəsizliyimiz üçün deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyi üçün addımlar atmalıyıq".

Pistorius həmçinin iqtisadi gücün və təhlükəsizliyin ayrılmaz şəkildə əlaqəli olduğunu deyib: "Təhlükəsizlik olmadan çiçəklənən iqtisadiyyat, iqtisadi güc olmadan isə isətəhlükəsizlik ola bilməz. İrandakı müharibə və Hörmüz boğazındakı hazırkı münaqişə iqtisadiyyatımızı təhdid edir".