BAKI, 21 aprel. TELEQRAF
ABŞ hökumətinə məxsus təyyarə İslamabad şəhərinə səfər etdikdən bir neçə saat sonra Pakistan ərazisini tərk edərək Praqa şəhərinə eniş edib.
Teleqraf xəbər verir ki, Avropa İttifaqının aviadaşıma xidmətlərindəki mənbə bildirib ki, təyyarə əvvəlcə Vaşinqtondan Avropaya gəlib, daha sonra Praqadan İslamabada uçub. Lakin qısa müddət sonra yenidən Çexiyaya qayıdıb.
Mənbə təyyarənin göyərtəsində kimlərin olduğu və uçuşun məqsədi barədə məlumat verməyib.
Qeyd edək ki, ABŞ və İran arasında aparılan danışıqlar fonunda İslamabadda yeni məsləhətləşmələrin keçiriləcəyi ehtimal olunur. Bununla belə, növbəti raundun baş tutub-tutmayacağı hələlik dəqiqləşməyib.