BAKI, 20 aprel. TELEQRAF

Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Hörmüz boğazında naviqasiya azadlığına mane olan şəxslər və qurumlara sanksiyalar tətbiq ediləcək. Yeni siyahıların hazırlanması bir neçə həftə çəkəcək" - məlumatda qeyd olunur.