BAKI, 20 aprel. TELEQRAF
Atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livanın cənubundakı yaşayış məntəqələrinə hücumlar edib.
Teleqraf xəbər verir ki, pilotsuz təyyarə Qaqayat əl-Cisr kəndinin kənarına zərbə endirib.
Hələlik itkilər barədə məlumat yoxdur.
Partlayışlar həmçinin Tir və əl-Taibə şəhərlərində, eləcə də əl-Kusayr və əl-Qantara kəndlərinin kənarlarında baş verib.